Neft Fondu hesabatlarının hazırlanması üçün auditor təşkilatı axtarır

Neft Fondu hesabatlarının hazırlanması üçün auditor təşkilatı axtarır | alkredit.az

Azərbaycan Respublikası Dövlət Neft Fondu(ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə komissiyanın hesabatlarının hazırlanması üçün tender elan edib.

Müsabiqədə iştirak etmək istəyən auditor təşkilatları iyunun 24-ü saat 18:00-a qədər təkliflərini ARDNF-yə təqdim edə bilər.

Tenderin şərtlərinə görə, auditor təşkilatları MHŞT üzrə komissiyanın, xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatların təhlil edilərək tutuşdurulmasını və MHŞT standartı ilə tələb edilən digər məlumatların toplanması daxil olmaqla 2015, 2016 və 2017-ci illəri əhatə edən MHŞT hesabatlarının hazırlanmasını təmin edəcəklər.

 

mənbə:marja