Neft Fondu: Valyuta satışını bərpa etmişik

Neft Fondu: Valyuta satışını bərpa etmişik | alkredit.az

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa etmişdir.

Bu barədə, Azərbaycan Respublikası Dövlət Neft Fondundan bildirilib.

“Bugün yeni mexanizm ilə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilmişdir.  Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə etmişdir. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 32 banka satılmışdır.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir”.

mənbə:marja