Neft hasilatında Səudiyyə Ərəbistanını keçdi

Neft hasilatında Səudiyyə Ərəbistanını keçdi | alkredit.az

Rusiya Federal Statistika Xidmətinin (Rosstat) məlumatına görə, mart ayında gündəlik orta hesabla 10,9 milyon barrel neft hasil edən Rusiya, eyni dövrdə gündəlik orta hesabla 10,1 milyon barreldə qalan Səudiyyə Ərəbistanını geridə qoyub.

OPEC ölkələrində Mart ayında gündəlik 32,2 milyon barrel neft istehsal olunub, bunun təxminən 4,2 milyon barreli İraq, 3,3 milyon barreli də İran tərəfindən həyata keçirilib.

Neftin, Rusiyanın ümumi ixracında payı, bu ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 25,2%-dən 23%-ə geriləyib.

Rusiya mart ayında ümumilikdə 10 milyard dollarlıq neft ixrac edib.

Rusiya Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) daxil deyil.

mənbə:marja