Neft İranın açıqlaması ilə qalxmasını dayandırdı

Neft İranın açıqlaması ilə qalxmasını dayandırdı | alkredit.az

Neft, İranın sanksiyaların qalxmasının ardından neft ixracını artıracağını bir daha qeyd etməsinin ardından, yüksəlişini üç həftənin ən yüksək səviyyəsi yaxınlığında dayandırıb.

Uzunmüddətli neft müqavilələri 0.7% qədər geriləyib və son beş əməliyyat günündə ilk dəfə ucuzlaşıb.

Dövlətin IRNA agentliyində çıxan bir xəbərə görə, İranın neft naziri Bijan Namdar Zanganeh, prioritetlərinin neft ixracını sanksiyalar öncəsi səviyyələrə qaldırmaq olduğunu deyib.

Shana agentliyinin xəbərinə görə, Milli İran Neft Şirkətinin rəhbəri Rokneddin Cavadi, sanksiyaların qalxmasının ardından, bir həftə içində, neft ixracının gündəlik 500,000 barel artırılmasının planlaşdırıldığını bildirib.

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu ayın əvvəlindəki iclasında, bazar payını qoruyub saxlamaq üçün hasilat kvotasını dəyişdirməməsi neft qiymətlərinin aşağı düşməsinə səbəb olur. Dünya neftinin yarısından çoxu üçün göstəricisi olan Brent nefti, 2015 ili son 11 ilin ən aşağı qiyməti ilə başa vurmağa hazırlaşır.

Analitiklər bildirirlər ki, İran, əgər onsuz da hədsiz təklif vəziyyətindəki bazara planlaşdırdığı miqdarda nefti çıxartsa, gələn ilin ilk yarısında qiymətlərin daha da aşağı düşməsini görmək olar. İranın neft ixracı üçün hazır olması aşağı qiymətlər üçün istiqamətverici olacaq.

Bu gün ABŞ xam nefti (WTI) Nymex birjasında 25 sent düşərək bareli 37.85 dollara, Brent nefti  Londonda yerləşən ICE Futures Europe birjasında 10 sent və ya 0.3 faiz ucuzlşaraq 37.79 dollara düşüb. Brent nefti, WTI-dan ucuz satılır. Qiymətlər bu ay 15 faiz aşağı düşüb.