Neft OPECə baxmayaraq, bahalaşıb

Neft OPECə baxmayaraq, bahalaşıb | alkredit.az

OPEC-in istehsala kvota tətbiq edilməməsi siyasətinə sadiq qalmasına baxmayaraq, Brent neftinin qiyməti 50 dolların üzərinə çıxıb.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvləri istehsala yeni tavan tətbiq edilməsi təklifinə qarşı çıxıb. Amma təşkilata üzv ölkələrin neft nazirlərinin bazarların görünüşünə dair nikbindirlər.

ABŞ-da Cümə günü açıqlanan rəsmi rəqəmlərə görə, neft hasilatı 12 həftə ardıcıl düşüb və xam neft ehtiyatı azalıb.

Brent nefti, Yanvar ayında 12 ilin ən aşağı səviyyəsini görməsinin ardından Nigeriya, Liviya, Kanada Venesuela və ABŞ-da istehsalın aşağı düşməsi ilə əlaqədar olaraq təxminən 90 faiz yüksəlib.

OPEC-in keçmiş baş katibi Abdalla Əl-Bədri, Vyanada dünən keçirilən toplantının ardından, qrupun yeni istehsal tavanı qərarı verə bilməsi üçün daha çox vaxta ehtiyacı olduğunu deyib və İranda hasilatın artması, Liviyada isə əhəmiyyətli həcmdə hasilatın dayandırıldığı bir şəraitdə, bir hədəf müəyyən etməyin çətin olduğunu sözlərinə əlavə edib.

Analitiklər bildirirlər ki, bazardakı ümumi fikirə görə, 2016-ci ilin sonundan əvvəl bazarlarda bir tarazlaşma yaranacaqdır. OPEC-in razılığa gəlməsinə baxmayaraq, yenidən bir danışıqlara doğru yaxınlaşırlar. ABŞ-da tələbatın artdığına dair davam edən işarələr və hasilatın azalması bazarı dəstəkləməyə davam edir.

Brent nefti, Londonda ICE Futures Europe birjasında 50.07 dollara, WTI, Nymex birjasında 49.19 dollara qalxıb.