Neft qiymətləri 6 ayın zirvəsində - 50 dollar

Neft qiymətləri 6 ayın zirvəsində - 50 dollar | alkredit.az

Brent neftinin qiyməti son 6 ayda ilk dəfə 50 dolları keçdi

Neft qiymətləri, ABŞ-da neftbazalarda ehtiyatların və hasilatın azalması ilə 6 ayın zirvəsinə yüksəlib.

Enerji İnformasiya İdarəsinin açıqladığı məlumata görə, ABŞ-da xam neft ehtiyatları 4.23 milyon barel düşüb, halbuki, Bloomberg-in sorğusuna qatılmış analitiklər ehtiyatların 2,45 milyon barel azalacağını gözləyirdilər. Hasilat 2014-ün Sentyabr ayından bəri ən aşağı səviyyəsinə enib.

Neft qiymətləri, ilin əvvəllərində 12 ilin ən aşağı səviyyəsini görməsinin ardından, Nigeriya, ABŞ və OPEC-ə daxil olmayan ölkələrdə hasilatların azalması ilə bağlı olaraq 90 faiz yüksəlib. Bloomberg-in sorğusuna qatılan 27 analitikə görə, Neft İxrac Edən ölkələr Birliyi (OPEC) 2 İyundakı iclasında, Səudiyyə Ərəbistanının rəqibləri sıxlaşdırmaq siyasətinə sadiq qalaraq, yəqin ki, bir istehsal kvotası müəyyən etməyəcək.

Bakı vaxtı ilə saat 05:45-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 2,5% bahalaşaraq 49.86 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında 3 faiz yüksələrək bareli 50.05 dollardan alıcı tapıb.