Neft qiymətləri 8 həftənin zirvəsi yaxınlığında sabitləşib

Neft qiymətləri 8 həftənin zirvəsi yaxınlığında sabitləşib | alkredit.az

Neft qiymətləri, volatilliyin azaldığı bir şəraitdə, ABŞ-da neft hasilatının azaldığını göstərən göstəricidən sonra, səkkiz həftənin ən yüksək səviyyəsi yaxınlığında qalır.

Enerji İnformasiya Agentliyinin məlumatlarına görə, ABŞ-da neft hasilatı gündəlik 9.08 milyon barrelə düşüb. Artıq 6 həftədir ABŞ-da hasilat azalır.

Amma ABŞ-da neft ehtiyatları yüksək qalmaqda davam edir və ehtiyatlar 80 ildən uzun bir müddətin ən yüksək seviyəsi yaxınlığındadır.

Analitiklər bildirirlər ki, neft bazarının üzərində çox maneələr olması səbəbindən qiymətlərin bu səviyyələrdən ciddi bir yüksəlişini görmək çətin olacaqdır.

Neft bu il də, ABŞ-da yüksək qalan ehtiyatlar və beynəlxalq sanksiyaların ləğv edilməsinin ardından İranın neft ixracını artırmağa hazırlaşması ilə qlobal təklif çoxluğunun davam edəcəyi qorxusu ilə 6 faiz ucuzlaşıb.

Bakı vaxtı ilə 08:30-da Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 34.72dollardan, Brent nefti isə Londonda ICE Futures Europe birjasında 36.94 dollardan alıcı tapıb. Bu gecə Brent neftinin barelinin qiyməti 37,32 doları görüb.

mənbə:marja