Neft qiymətləri Küveytdəki tətil ilə əlaqədar olaraq ciddi dəyişməyib

Neft qiymətləri Küveytdəki tətil ilə əlaqədar olaraq ciddi dəyişməyib | alkredit.az

Neft qiymətləri, OPEC-in dördüncü böyük üzvü olan Küveytdəki tətilin bu ölkədəki istehsalı yarıdan çox aşağı salması ilə əlaqədar olaraq ciddi dəyişməyib.

İstirahət günü Dohada keçirilən toplantıda böyük istehsalçılar hasilatı dondurmaq məsələsində razılığa gələ bilmədilər. Bazar ertəsi günü neft qiymətləri 5%-ə qədər aşağı düşdü. Lakin sonradan Küveytdəki tətil ilə əlaqədar olaraq qiymətlər bir qədər yüksəldi.

Küveytdə Bazar günü başlayan tətil, ölkədə gündəlik istehsalın 60 faiz azalaraq 1.1 milyon barelə düşməsinə səbəb olub.

Analitiklər bildirirlər ki, Küveytdə yaranmış vəziyyət neft bazarı üçün olduqca əhəmiyyətlidir. Əgər tətil uzun müddət davam edərsə qiymətlər qalxa bilər.

Bu dəqiqələrdə (08:48) Qərbi Texas nefti (WTI) Nymex birjasında 39,74, Brent nefti isə Londonda ICE Futures Europe birjasında 42.76 dollardan alıcı tapır.