Neft qiymətləri proqnozlarını aşağı saldı

Neft qiymətləri proqnozlarını aşağı saldı | alkredit.az

Beynəlxalq kredit reytinqi agentliyi Moody's İnvestor Service, Brent və Qərbi Texas neftləri üçün 2016 və 2017-ci illər üçün qiymət proqnozlarını həddən artıq təklif və zəifləyən tələbat fonunda aşağı salıb.

2016-cı il üçün Brent nefti qiymət proqnozunu 57 dollar/bareldən 53 dollar/barelə endirən Moody's, Qərbi Texas xam nefti üçün proqnozunu isə 52 dollar/bareldən 48 dollar/barelə salıb.

Moody's 2017-ci il üçün proqnozlarını isə bir əvvəlki proqnoz ilə müqayisədə 5 dollar/barel aşağı salaraq Brent nefti üçün 60 dollar/barel, Qərbi Texas nefti üçün 55 dollar/barel olaraq müəyyən edib.

Moody's-un Korporativ Maliyyə direktoru Steve Wood, "Neft qiymətlərinin, yüksək səviyyədəki ehtiyatlar və həddindən artıq təklifin (hasilatın) təsiri ilə uzun bir dövr aşağı qalmağa davam edəcəyinə inanırıq. İnvestisiya xərcləri düşdükcə təklifin azalacağını, ancaq sanksiyaların ləğv edilməsilə ilə İranın ixracatında baş verəcək artımın 2016-da qiymətlər üzərində təzyiq yaradacağını proqnozlaşdırırıq" deyə bildirib.

 

mənbə:marja