Neft son 5 ilin ən uzun aylıq yüksəliş trendində

Neft son 5 ilin ən uzun aylıq yüksəliş trendində | alkredit.az

Neft qiymətləri, OPEC-in Cümə günü Vyanada istehsal siyasətini müzakirə edəcəyi toplantısı öncəsi, ABŞ, Nigeriya və Kanadada hasilatın azalması ilə son beş ilin ən uzun aylıq yüksəliş trendini həyata keçirməyə yönəlib.

Üsyançıların hücumları Nigeriyada neft hasilatının 20 ildən çox müddətin ən aşağı səviyyəsinə enməsinə səbəb olarkən, Kanadada hasilat meşə yanğına görə geriləyib.

Eyni zamanda, Kanadada istehsalçılar, yanğının yüngülləşməsi ilə yenidən istehsalı bərpa etməyə hazırlaşırılar. Liviyada Neft Obyektləri Mühafizəçiləri, IŞİD xadimləri ilə sərt qarşıdurmaların ardından, Es Sider və Ras Lanuf neft terminalları yaxınlığında bir şəhəri ələ keçirib.

Neft qiymətləri, Fevral ayında 12 ilin ən aşağı səviyyəsini görməsinin ardından, ABŞ-dan Nigeriyaya, neft hasilatının azalmasının təsiri ilə 85 faiz yüksəlib.

Bloomberg-in sorğusuna qatılan analitiklərə görə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) 2 İyundakı iclasda, Səudiyyə Ərəbistanının rəqibləri sıxışdırmaq siyasətinə sadiq qalaraq, yəqin ki, istehsalı məhdudlaşdırmaq məsələsində razılığa gəlməyəcək.

Analitiklər bilirirlər ki, Səudiyyə Ərəbistanının hasilatı azaldacağı çətin görünür. İran da geri addım atmayacaq. Kanada da istehsal yenidən artacaq. Bunlara görə, neftin qiymətinin 50 dolları keçməsi çətindir.

Bakı vaxtı ilə saat 08:45-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 0,6% artımla 49.62 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında 0.8 faiz artımla 49.74 dollardan alıcı tapıb.

mənbə:marja