Neft ucuzlaşıb

Neft ucuzlaşıb | alkredit.az

Orta Şərq istehsalçılarının hasilatı artıracağına və bununla əlaqədar olaraq qlobal təklif çoxluğunun davam edəcəyinə dair xəbərlərin təsiri ilə, neft qiymətləri beş ayın ən yüksək bağlanışından düşüb.

Suddi Arabian Oil Co., "Shaybah" neft sahəsindəki genişlənməni Mayın sonunda tamamlayacaq və bunun nəticəsində dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı ümumi gündəlik 12 milyon olan hasilat gücünü davam etdirəcək. İranın neft naziri Bijan Namdar Zangane bildirib ki, sanksiyaların qaldırıldığı Yanvar ayından bu yana hasilatı gündəlik 1 milyon barel artırıb.

Qərbi Texas nefti (WTI) Nymex bazarında 1.8%-ə qədər geriləyərək bareli 42.95 dollara, Brent nefti Londonda ICE Futures Europe bazarında 1.6% azalma ilə bareli 44.41 dollara qədər enib. Qiymətlər ötən həftə 4.7 faiz yüksəlmişdi.

 

mənbə:marja