Neft yenidən 47 dollara düşdü

Neft yenidən 47 dollara düşdü | alkredit.az

Neft qiymətləri, qlobal hasilat boluğu şəraitində, ABŞ-da azalma göstərməsi gözlənilən həftəlik neft baza göstəricisi öncəsi, aşağı düşüb.

Enerji İnformasiya İdrəsinin Çərşənbə günü açıqlayacağı ABŞ neft bazası göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ötən həftə 2 milyon barrel aşağı düşməsi gözlənilir.

Kanadada meşə yanğınına görə əməkdaşlarını təxliyə etmək məcburiyyətində qalan neft şirkətlərinin hamısına, yağışlı hava şəraitinin yanğının nəzarət altına alınmasına kömək etməsilə, yenidən fəaliyyətə başlamaları üçün icazə verilib.

Neft, bu ilin əvvəlində 12 ilin ən aşağı səviyyəsini görməsinin ardından, ABŞ-da istehsalın düşməsi ilə bağlı olaraq 80%-dən çox bahalaşıb. Neft İxrac Edən ölkələr Birliyinin (OPEK), Bloomberg-in sorğusuna qatılan 27 analitikin biri istisna olmaqla, qalanlarının proqnozlarına görə, 2 İyundakı iclasında, Səudiyyə Ərəbistanının "rəqibləri təzyiq altında saxlamaq" strategiyasına sadiq qalaraq, yəqin ki, bir hasilat kvotası müəyyən etməyəcəkdir.

Analitiklər bildirirlər ki, neftdə tələb və təklif tarazlığa yaxınlaşmış kimi görünür.

Bakı vaxtı ilə 11:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 0,7% ucuzlaşaraq 47.76 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 0,8% düşərək bareli 47.91 dollara enib.