Neftin bahalaşacağı gözləntisi güclənir

Neftin bahalaşacağı gözləntisi güclənir | alkredit.az

Hedc (Hedge) fondları neft qiymətlərində artım olacağını gözləyirlər. Fondlar hesab edirlər ki, investisiyalardakı azalma hasilatın aşağı düşməsinə, nəticədə də qlobal neft təklifi bolluğunun azalmasına səbəb olacaqdır. Bu da qiymətlərin yüksəlməsini təmin edəcəkdir.

Əmtəə Əməliyyatları Komissiyasının məlumatlarına görə treyderlər, Qərbi Texas növü xam neftdə (WTI) xalis-uzun mövqeləri 13 Oktyabrda sona çatan həftədə 6.6 faiz artıraraq İyun ayından bu yana ən yüksək səviyyəyə çatdırıblar. Ucuzlaşma gözləntisi ilə açılan qısa mövqelər isə 9 həftə ərzində 8-ci dəfə geriləmə göstərib.

ABŞ-da xidmət göstərən quyuların sayı 5 ilin ən aşağı səviyyəsinə geriləyib, hasilatda bu il əldə olunmuş 40 ilin ən yüksək səviyyəsindən aşağı düşüb. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) Oktyabrın 12-də açıqladığı hesabata görə, OPEC xaric ölkələrdə neft hasilatı gələn il gündəlik 130,000 barel azalacaq. Dünyanın ən böyük neft sahəsinə xidmət təchizatçısı Schlumberger Ltd. investisiyaların azalması ilə sektorun daha çox əziyyət çəkəcəyini proqnozlaşdırır.

Bu gün Bakı vaxtı ilə 10:00-da Brent neftinin qiyməti 50.27 dollar, WTI neftinin barelinin qiyməti isə 47.09 dollar olub.

Əlavə edək ki, bu gün Çin iqtisadiyyatının gözləniləndən çox artdığı açıqlanıb. Dünyanın ən böyük iqtisadiyyatı və ən çox neft istehlakçısı barədə müsbət xəbər neftin qiymətinin yüksəlməsinə səbəb olmayıb.

mənbə:marja