Neftin qiyməti 48 dollara çıxdı

Neftin qiyməti 48 dollara çıxdı | alkredit.az

Brent neftinin qiyməti 48 dolları, WTI (Texas nefti) isə 43 dolları görüb.

Neftin qyməti yüksəlməyə başlayıb.

Bakı vaxtı ilə səhər saat 8:00 radələrində Brent neftinin barelinin qiyməti 48 dolları, ABŞ xam nefti isə 43,43 dolları görüb.

Dünən və bu gün neftin qiyməti sürpriz şəkildə 10,5% yüksəlib. Sürətli bahalşama dünən saat 16:00 radələrindən başlayıb.

Qeyd edək ki, Bazar ertəsi günü Brent neftinin bareli 42.20 dollaradək, ABŞ nefti isə (WTI) 38 dollaradək düşmüşdü.

Neft ABŞ-da iqtisadiyyatın  daha sürətlə böyüdüyünü göstərən məlumatın açıqlanması ilə üç ilin ən sürətli yüksəlişini həyata keçirib. ABŞ-da açıqlanan məlumata görə, ikinci rübdə ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artıb. ABŞ iqtisadiyyatının yaxşılaşması neftə təlabatı daha da artıra bilər.

Həmçinin, Energy Information Administration-ın Çərşənbə günü açıqladığı məlumata görə, ABŞ-da neft bazalardakı neft ehtiyatları ötən həftə 5.45 milyon barrel azalaraq 450.8 milyon barrelə enib. Analitiklər ehtiyatların 1.45 milyon barrel artacağını proqnozlaşdırmışdı. İstehsal 3 aydan uzun bir müddətin ən aşağı səviyyəsinə enib.

Analitiklər bildirirlər ki, ehtiyatların ilin bu dövründə düşməsi gözləniləndir. Ancaq neftin qiymətinə əsas təzyiqin qlobal təklifi bolluğu problemi olduğunu qeyd edirlər.

 

mənbə:marja