Neftin qiyməti 50 dollara yaxınlaşdı

Neftin qiyməti 50 dollara yaxınlaşdı | alkredit.az

Neft qiymətləri, Goldman Sachs Group Inc.-ın neft bazarında tələbin təklifi gözləniləndən daha tez üstələyəcəyini bildirməsi, Nigeriyadakı hasilat və nəql çətinlikləri ilə bağlı olaraq 6 ayın zirvəsinə çıxıb. Bu ilin əvvəlinədək, neft qiymətləri həddindən artıq hasilat (təklif) səbəbindən aşağı düşürdü.

Goldman Sachs Group, bazarın bu ay, güclənən tələbat və düşən istehsal ilə əlaqədar olaraq gözləniləndən əvvəl defisitə keçdiyini qeyd edib. Bank həmçinin xam neftin qiymət proqnozlarını yüksəldib. Bank, 2016-cı il üçün neftin qiymət proqnozunu 38.40 dollardan 44.60 dollara qaldırıb. Digər tərəfdən, Nigeriyada neft kəmərlərində baş verən axsamalar da qiymətlərin artmasında təsir göstərir.

Neft bu il 12 ilin ən aşağı səviyyəsinə düşməsinin ardından, ABŞ-da istehsalın düşməsi ilə bağlı olaraq qalxmağa başlamışdır. Beynəlxalq Enerji Agentliyinin Cümə günkü hesabatına görə, qlobal neft təklifi artıqlığı 2016-ci ilin ilk yarısında, Hindistan və digər inkişaf edən ölkələrdəki güclü tələb ilə bağlı olaraq azalacaq.

Morgan Stanley, Barclays Plc və Bank of America Merrill Lynch kimi iri banklar da hasilatın (təklifin) azalmasının yenidən bazarın balanslaşmasına səbəb olduğunu açıqlayıblar.

Bakı vaxtı ilə saat 07:00-da Qərbi Texas nefti 48.23 dollardan, Brent nefti 49.30 dollardan alıcı tapıb.

 

mənbə:marja