Neftin qiyməti 6 ayın zirvəsində

Neftin qiyməti 6 ayın zirvəsində | alkredit.az

Neft qiymətləri, Kanada və Nigeriyada hasilat çətinliklərinin olduğu bir mühitdə, ABŞ-da neft anbarlarındakı ehtiyatların azalması ilə son 6 ayın zirvəsinə çıxıb.

ABŞ-da Çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, neftbazalarda ehtiyatlar keçən həftə 3.4 milyon barel düşüb. Amma ölkənin ən böyük neftbaza mərkəzi olan Cushing, Oklahomadakı anbarlar rekord səviyyəyə çıxıb. Kanadada neft istehsalçıları, istehsalda fasilələrə səbəb olan yanğından sonra yenidən fəaliyyətə başlayırlar.

Analitik Angus Nicholson, "Son bir həftə ərzində, qiymətlərə dəstək olan çox çox səbəb vardı: Kanadadakı yanğın, təhlükəsizlik problemlərinə görə Nigeriyadakı hasilat çətinikləri və ABŞ-dakı ehtiyatlardakı sürpriz azalma. Bu anda, neftin qiyməti 43 ilə 47 dollar arasındakı dəhlizdə çox sıxılmış bir vəziyyətdədir. Qiymətlərin hansı istiqamətdə davam edəcəyi barədə daha qəti danışa bilməyimiz üçün bu dəhlizin qırılması lazımdır" şəklində fikir bildirib.

Neft bu ilin əvvəlində 2003-cü ildən bu yana ən aşağı səviyyəsini gördükdən sonra, ABŞ-da istehsalın azalması ilə bahalaşıb. Amerikada hasilatın düşməsinə qarşı, Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) hasilatı, İran və İraqdakı artımların dəstəyi ilə gündəlik 33 milyon bareli keçib.

Qərbi Teksas nefti (WTI) Nymex birjasında, 3,2% bahalaşaraq 46,10 dollar, Brent nefti  Londonda ICE Futures Europe birjasında 4,1% bahalaşaraq 47.45 dollar olub. Bu gecə Brent neftinin qiyməti 47,74 dolları görüb.

mənbə:marja