Neftin qiyməti il sonunda 40-50 dollara çata bilər
Rusiyanın energetika naziri Aleksander Novak "Neftin barelinin qiyməti ilin sonunda qədər 40-50 dollara çata bilər" - deyib.
Novak, neft qiymətlərində ilin ikinci yarısında artım yaşanacağı gözləntisini davam etdirdiyini deyib.
Novak, RBC-ya verdiyi açıqlamada, "Bu il neftin qiymətinin il sonuna doğru 40-50 dollar/barrel səviyyəsini görəcəyini hesab edirəm ki, bu səviyyələr ilin ortasıda belə görülə bilər" - deyə qeyd edib.
Novak bundan başqa, neftin qiymətinin 10 dollar/barrel səviyyəsinə qədər geriləyəcəyini gözləmədiyini, "Neftin 10 dollar/barel səviyyəsinə qədər düşməsi çox aşağı bir ehtimaldır. Belə bir variantı qiymətləndirmirik" deyib.
O, Rusiya neftinin istehsal xərcinin 5-15 dollar/barrel aralığında olduğunu vurğulayıb.
mənbə:marja