Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir | alkredit.az

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) hasilat kvotasını dəyişməməsinin ardınca neftin ucuzlaşması davam edir.

Bazar ertəsi beynəlxalq birjalar açıldıqdan sonra Brent nefti 0,7% ucuzlaşaraq 42,64 dollara, ABŞ xam nefti isə 1% ucuzlaşaraq 39,58 dollara düşüb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC bazar payını qorumaq üçün 2014-cü ilin Noyabr ayında və 2015-ci ilin Dekabr ayındakı toplantısında hasilat kvotasını dəyişməyərək 30 milyon bareldə saxlayıb. OPEC-in faktiki istehsalının bu kvotadan çox olduğu bildirilir.

İstehsalın azaldılmamasında məqsəd, ABŞ-da yüksək xərcə malik şist nefti istehsalçılarını bazardan sıxışdırıb çıxartmaqdır. Ötən ilin noyabr ayından bəri neft təxminən 40% ucuzlaşıb. Hesab olunur ki, qiymətlər daha da aşağı düşərsə istehsal xərcləri yüksək olan ABŞ istehsalçıları hasilatı dayandıraraq bazardan çıxacaqlar.

Beynəlxalq Enerji Agentliyinə görə, qlobal neft ehtiyatları, Səudiyyə Ərəbistanı, Rusiya və İraqın hasilatı artırması ilə təxminən 3 milyard barelə yüksəlib.

 

 

mənbə:marja