Neftlə bağlı mühüm xəbər

Neftlə bağlı mühüm xəbər | alkredit.az

Küveytin OPEC rəsmisi, neft istehsalı məsələsində razılığa gəlinəyinə dair işarələr olduğunu bildirib.

Küveytin Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) nümayəndəsi və iki mənbə, bütün işarələrin İranın istehsalı artırmaq planlarına baxmayaraq, neft istehsal edən ölkələrin 17 Apreldə keçirəcəyi iclasda istehsalı dondurmaq üçün razılığa gəlinəcəyinə işarə etdiyini bildiriblər.

Küveytli səlahiyyətli Nawal Al-Fuzaia, neft nazirliyində çıxışında, ilin ikinci yarısında neft bazarında tələb və təklifin tarazlaşaraq daha yüksək qiymətlərin ortaya çıxmasını təmin edəcəyinə inandığını bildirib.

Al-Fuzaia, "Bu iclasda istehsalı dondurmaq üçün bir razılaşma təmin olunacağı istiqamətində müsbət işarələr var" - deyib.

Mövzuya yaxın digər iki səlahiyyətli də ötən həftə Səudiyyə Ərəbistanının şahzadəsinin Bloomberg-ə verdiyi müsahibəsində razılaşma ümidlərini azaltmasına baxmayaraq, razılaşma yolunda irəliləyiş olduğunu deyib.

OPEC rəsmisi olan mənbələrdən biri, "Bəli, bir razılaşma olacaq" deyərək neft hasilatının dondurulmasının həyata keçiriləcəyini bildirib.

Reuters-ın əldə etdiyi və toplantıya ev sahibliyi edəcək Qətərin dəvətli ölkələrə göndərdiyi proqrama əsasən, dörd saatlıq bir görüş gözlənilir. Müqavilənin təsdiq olunması üçün lazımi mübahisələrə yarım saatın ayrılması planlaşdırılır.

Fevral ayında neft hasilatının dondurulması üçün əldə edilmiş ilkin razılaşmadan sonra, Yanvar ayında 27 dollara qədər geriləyərək 12 ilin ən aşağı səviyyəsini görən qiymətlər yenidən 42 dollaradək qalxmışdı.

Küveytli OPEC rəhbəri, qiymətlərin ilin sonrakı dövründə daha da artaraq, Brent neftin 2016-nın ikinci yarısından 2018-ci ilə qədər 45 - 60 dollar arasında səviyyələrə çıxacağını deyib.

Fuzaia, iştirakçıların neft hasilatını Fevral ayı səviyyələrində və ya Yanvar-Fevral-ın ümumi səviyyəsində dondurmaq barədə razılığa gələcəyini deyib.

Fevral ayında Səudiyyə Ərəbistanı, Qətər, Rusiya və Venesuelanın istehsalın Yanvar ayı  səviyyəsində dondurulmasına dair təklif vermişdilər.