OPEC: 4 ildən sonra Azərbaycanda hasilat sutkada 0,7 mln barrelə düşəcək

OPEC: 4 ildən sonra Azərbaycanda hasilat sutkada 0,7 mln barrelə düşəcək | alkredit.az

Neft İxrac edən ölkələr Birliyi (OPEC) Azərbaycanda orta və uzunmüddətli perspektivdə hasilatın azalacağını gözləyir.

OPEC-in neft bazarı üzrə məruzəsinə əsasən, Azərbaycanda neft hasilatı 2011-ci ildəki sutkada 0,93 mln barreldən 2014-cü ildə 0,87 mln barrelə düşüb.

OPEC-in proqnozuna görə, Azərbaycanda neft və kondensat hasilatı düşməkdə davam edəcək və 2020-ci ildə sutkada 0,7 mln barrel olacaq.

2040-cı ildə bu göstərici sutkada 0,6 mln barrelə düşəcək.

OPEC-in proqnozuna görə, 2015-ci ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada 0,84 mln barrel olacaq.

Mənbə: Contact