PAŞA Bankın dəstəyi ilə Lənkəran və Xaçmaz sahibkarları üçün biznes forum

PAŞA Bankın dəstəyi ilə Lənkəran və Xaçmaz sahibkarları üçün biznes forum | alkredit.az

Ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə "JuniorAchievement Azərbaycan" (JAA) ictimai birliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclərin Davamlı Müəssisələrinin İnkişaf Proqramı” çərçivəsində Lənkəran və Xaçmaz regionundam olan gənc sahibkarlar üçün biznes forum təşkil edib.  Bu barədə Marja.az-a PAŞA Bankdan bildirilib.

Görüşün əsas məqsədi layihə iştirakçıları ilə bank nümayəndələrini və sahibkarlarını bir araya gətirərək onları sahibkarlıq fəaliyyəti və bu sahədə maliyyələşmə imkanları haqqında maarifləndirmək olub. PAŞA Bankın “Gənclik” Xidmət Mərkəzinin rəhbəri Vüqar Əliyev layihə iştirakçılarına mövcud və yeni bank məhsulları, xidmətləri və kredit imkanları haqqında məlumat verib. Bununla yanaşı PAŞA Bankın təmsilçisi gənclərə biznes layihələrinin yazılması, imkan və mövcud risklərin qiymətləndirilməsi, biznesin planlaşdırılması, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlərini bildirib.

PAŞA Bank və JAA tərəfindən gerçəkləşdirilən “Gənclərin Davamlı Müəssisələrinin İnkişaf Proqramı”nın əsas məqsədi fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etməkdir.

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətləri, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və 9 biznes-mərkəzlə təmsil olunan PAŞA Bankda 400-dən çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunub, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan" adına layiq görülüb.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir