PAŞA Sığorta katastrofik risklərdən məsuliyyətini sığortalayıb

PAŞA Sığorta katastrofik risklərdən məsuliyyətini sığortalayıb | alkredit.az

PAŞA Sığorta şirkəti 30.000.000 məbləğinə müqavilələr üzrə katastrofik risklərdən məsuliyyətini sığortalayıb. "Bildiyiniz kimi, PAŞA Sığorta şirkəti sığortaladığı risklərin bir hissəsini  üzərində saxlayır. Bu məbləğlər sonda Cəmiyyətin məcmu riskini təşkil edir. Bu səbəbdən PAŞA Sığorta şirkəti xarici təkrarsığorta şirkətlərindən olan Hannover Re, SCOR, Trust Re, Polish Re və yerli Az Re şirkətində 30.000.000 AZN məbləğinə müqavilələr üzrə məsuliyyətini sığortalamışdır.

Bu o deməkdir ki, Azərbaycan Respublikasının xüsusi olaraq təhlükəli olan zəlzələ və daşqın riskləri zamanı baş verən kütləvi zərərlər zamanı sığorta şirkətinə dəyə biləcək zərərin bir hissəsi yuxarıda qeydolunan təkrarsığorta şirkətləri tərəfindən qarşılana biləcək. Bu ənənəvi təkrarsığorta mexanizmi katastrofik risklər zamanı baş verən zərərlərin ümumi akkumulyasiyası nəticəsində yaranan böyük zərərə qarşı şirkətin maliyyə sabitliyini təmin edəcəkdir",- şirkətin məlumatında deyilir.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

mənbə:marja