Prezident, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyin etdi

Prezident, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyin etdi | alkredit.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Zaur Rafik oğlu Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilib.

Qeyd edək ki, Zaur Əliyev "PAŞA Sığorta" şirkətinin  İdarə Heyəti sədrinin birinci müavini işləyib.

Əliyev Zaur Rafik oğlu 1981-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Böyük Britaniyada East Anglia Universitetində Mühasibat və Maliyyə üzrə bakalavr dərəcəsini bitirərək Qazaxıstanın Almatı şəhərində Ernst Young şirkətində audit mütəxəssisi kimi iş fəaliyyətinə başlamışdır. 2004-cü ildə Ernst Young şirkətinin Bakı ofisində eyni vəzifəyə, bir müddət sonra isə Böyük Britaniyanın London şəhərinə audit baş mütəxəssisi vəzifəsinə təyin olunaraq 5 ilə yaxın burada çalışmışdır.

2005-2008-ci illərdə imtahanlarda yüksək nəticə göstərərək Böyük Britaniyanın İxtisaslaşmış Mühasiblər Assosiyasıyasının (ACCA) həmkar üzvü olmuşdur.

2010-cu ildə Azərbaycana qayıdaraq PAŞA Holdinq şirkətlərində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən son təyinata qədər PAŞA Sığorta Şirkətində İdarə Heyəti Sədrinin Birinci Müavini vəzifəsində çalışmışdır.

İş fəaliyyəti dövründə London Business School, Harvard Business School, İE Business School kimi dünyanın ən nüfuzlu biznes məktəblərində müxtəlif peşəkar təlimlərdə iştirak edərək uğur əldə etmişdir.

Evlidir və iki övladı var.

mənbə:marja