Qoşul! Fərqlən! Faydalan!

Qoşul! Fərqlən! Faydalan! | alkredit.az

“Qoşul! Fərqlən! Faydalan!” nədir?

“Qoşul! Fərqlən! Faydalan!” – Facebook üzərindən Unibank tərəfindən yaradılmış eksklüziv platformadır. Bu platforma ALBALI PLUS (ALBALI) kart istifadəçiləri üçün yeni və əlverişli imkanlar təqdim edir. ALBALI PLUS (ALBALI) kartla edilən alış-verişlər sahibinə ballar qazanıb müxtəlif hədiyyələr əldə etməyə imkan verir. Bu fürsətdən yararlanmaq üçün kart sahibləri Facebook sosial şəbəkəsində “Qoşul! Fərqlən! Faydalan!” platformasından ALBALI PLUS (ALBALI) kartını qeydiyyatdan keçirməlidir. Kart qeydiyyatdan keçdikdən sonra seçilmiş partnyorlarda edilən əməliyyatlar haqqında məlumatı Facebook sosial şəbəkəsində bölüşərək, ALBALI PLUS (ALBALI) balları toplayıb, daha sonra müxtəlif hədiyyələr əldə edə bilərlər. 

Toplanan ballar nə verir?

Hədiyyələr müştərinin müraciət anından etibarən 30 iş günü ərzində təqdim ediləcək. Kart sahibi hədiyyəni pul ekvivalentində də ala bilər. Bu halda ona hədiyyənin bazar dəyərinin 70%i həcmində pul vəsaiti ödənilir. Toplanılanballar haqqında məlumatı müştəri Facebook aplikasiyadan ALBALI PLUS (ALBALI) Şəxsi kabinətə daxil olaraq əldə edə bilər.Toplanan ALBALI PLUS (ALBALI) balı hədiyyəni əldə etməyə kifayət edərsə, hədiyyənin kodunu [email protected] email ünvanına göndərmək tələb olunur. Ballar “Qoşul! Fərqlən! Faydalan!”platformasında qeydiyyatdan keçdikdən sonra hesablanmağa başlayır və qeydiyyatdan əvvəl kartla keçirilən alış-verişə şamil olunmur. 
ALBALI PLUS (ALBALI) balların hesablanması aşağıdakı mexanizm üzrə həyata keçiriləcəkdir:

- Taksit sayı 1 olan əməliyyatın hər 1 manatı 0.1 Albalı balına bərabərdir;

- Taksit sayı 2 olan əməliyyatın hər 1 manatı 0.3 Albalı balına bərabərdir;

- Taksit sayı 3 olan əməliyyatın hər 1 manatı 0.5 Albalı balına bərabərdir;

- Taksit sayı 4 olan əməliyyatın hər 1 manatı 0.65 Albalı balına bərabərdir;

- Taksit sayı 5 olan əməliyyatın hər 1 manatı 0.8 Albalı balına bərabərdir;

- Taksit sayı 6 olan əməliyyatın hər 1 manatı 1 Albalı balına bərabərdir;

- Taksit sayı 12 olan əməliyyatın hər 1 manatı 1.3 Albalı balına bərabərdir;

- Taksit sayı 18 olan əməliyyatın hər 1 manatı 1.5 Albalı balına bərabərdir;

- Hesab.Az portalında edilən ödənişin hər 1 manatına görə 0.05 bal hesablanır.

- Unibank ATM-də nağdlaşdırılan hər 1 manata görə 0.5 Albali balı hesablanır.
 ALBALI PLUS ilə hər hansı bir ATM-də nağdlaşdırılan hər 1 manata görə 0.05 Albalı balı hesablanır

 ALBALI PLUS Mastercard kimi (taksitsiz nağdsız ödəniş) kimi istifadə olunduqda hər 1 manata görə 0.05 Albalı balı hesablanır.


 

Qazanılan hər bir bal 15 ay ərzində istifadə edilmədiyi təqdirdə sıfırlanır.

ALBALI PLUS (ALBALI) ballarınızdan hansı hədiyyələri qazanacağınızı da elə indi öyrənə biləriniz: 

http://albali.az/files/albali_points.pdf
Bu da son deyil. Artıq ALBALI PLUS (ALBALI) kart sahibləri yeni aplikasiya sayəsində Facebook uzərindən birbaşa şəxsi kabinetə daxil ola biləcəklər. Burda aparılan əməliyyatalar, borclar və digər məlumatları ala biləcəklər.
Odur ki, QOŞULUN, FƏRQLƏNİN, FAYDALANIN! 
http://goo.gl/tYSd87