Rəhbərlikdən qərar: 3 min işçinin maaşına 200 manat əlavə ediləcək

Rəhbərlikdən qərar: 3 min işçinin maaşına 200 manat əlavə ediləcək | alkredit.az

Son illər Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının əmək şəraitinin və maddi rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, ölkə prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən universitetin Elmi Şurası büdcə imkanlarını nəzərə alaraq, BDU-nun bütün əməkdaşlarının əmək haqqının tutduğu vəzifədən asılı olaraq artırılmasını qərara alıb.

Bu qərara əsasən, rektor tərəfindən 2016-cı ilin fevral ayının 1-dən etibarən üç mindən çox universitet əməkdaşının əmək haqqının ilkin mərhələdə 200 manatadək artırılması barədə müvafiq əmr imzalanıb. Bununla yanaşı, differensasiya əsasında elmi-pedaqoji fəaliyyəti ilə fərqlənən 300 nəfərdən çox professor-müəllim heyətinin və elmi işçilərin əmək haqqının əlavə olaraq  ayda 100 manat artırılması barədə də qərar qəbul edilib.

Qeyd olunub ki, ötən ilin sonunda universitetin hər bir əməkdaşına birdəfəlik mükafat verilib.