Rabitəbankın daha bir filialı korporativ standartlarına uyğun oldu
"Rabitəbank" ASC-nin Ağcabədi filialı daha rahat, geniş və müasir standartlara cavab verən ofisə köçürülüb.
Bankın yaydığı məlumata görə, yeni üslubda və müasir avadanlıqlarla tərtib edilən Ağcabədi filialı "korporativ standartlara uyğun olaraq" müştərilərin istifadəsinə verilib.
“Rabitəbank” ASC - nin Ağcabədi filialı müştərilərə Heydər Əliyev prospekti 29 ünvanında öz fəaliyyətini davam etdirir.
Bankın yeni ofisi, iş günləri 09:00-dan 17:00-dək, şənbə günləri isə saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərir.