Rus qırıcısının vurulması birjalara təsir edib

Rus qırıcısının vurulması birjalara təsir edib | alkredit.az

Türkiyə hərbi hava qüvvələrinin Rusiyaya məxsus qırıcını vurması Avropa və dünya fond birjasında düşüşə səbəb olub. İnvestorlar insidentlə əlaqədar dərin narahatlıq içindədirlər. Onlar hadisədən sonra geopolitiki vəziyyətin gözlənilmədən dəyişə biləcəyindən ehtiyat edirlər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov təyyarənin vurulmasından sonra bu addımın iki ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcəyini demişdi.

Lakin ekspertlər hadisənin ticarət əlaqələrinə ziyan vurmayacağını bildiriblər.

Türkiyə hazırda Rusiyanın ikinci ən böyük ticarət tərəfdaşıdır.

Hadisədən sonra, əsasən, bir sıra aviaşirkətlər və otel qruplarının səhmləri də düşüb.

İstanbulun fond birjası 4.39 faiz, Moskva isə, 3.34 faiz dəyər itirib. Avropa fondlarında isə, 1.3 faiz düşüş qeydə alınıb.anspress

mənbə:valyuta.az