Rusiya Mərkəzi Bankı: Rublun möhkəmlənməsi qısamüddətli ola bilər

Rusiya Mərkəzi Bankı: Rublun möhkəmlənməsi qısamüddətli ola bilər | alkredit.az

ABŞ Mərkəz Bankının (Fed) iyun ayında faiz artırımına getməsinin, Rusiyada kapital çıxışı riski yaradacağı bildirilir.

Rusiya Mərkəzi Bankına bağlı Araşdırma və Proqnoz İdarəsi tərəfindən hazırlanan "Meyllər Nəyə İşarə Edir" adlı hesabata görə, Fed-in iyun ayında faiz artırımına getməsi halında, Rusiyada kapital çıxışı riski baş verəcək.

Hesabata görə, Amerika iqtisadiyyatında toparlanmaya dair siqnallar və Çin daxil bəzi ölkələrdə iqtisadiyyatların daha sabit bir mövqeyə gəlməsi səbəbilə, Fed-in iyun ayı toplantısında faiz artırmaq ehtimalı yenidən gündəmə gəlib.

Fedin faiz artırmaq ehtimalının, Rusiyada yeni kapital çıxışı riski yaratdığının qeyd olunduğu hesabatda, ABŞ-dakı inflyasiya nisbəti və digər müsbət makroiqtisadi göstəricilər səbəbindən Fedin iyun ayında faiz artımına getmək ehtimalının isə "yüksək" olduğu vurğulanıb.

Digər tərəfdən, Rusiya iqtisadiyyatının yaxın aylarda mühafizəkar bir böyümə prosesinə girə biləcəyinin qeyd olunduğu hesabatda, "Rusiya iqtisadiyyatı içində olduğu durğunluğun ən dib nöqtəsini keçmiş və yeni xarici şoklar baş vermədiyi müddətcə, yavaş da olsa təkrar böyümə prosesinə daxil olma ehtimalı çox yüksəkdir" ifadələrinə yer verilib.

Hesabatda, neft qiymətlərindəki yüksəlişin davam etməməsi halında Rusiya rublunda güclənmə ehtimalının aşağı olduğu bildirilərkən, neft bazarlarındakı qeyri-müəyyənliyin isə qarşıdakı aylarda da davam etməsinin gözlənildiyi ifadə edilib.

Rusiya Mərkəzi Bankı tərəfindən ötən həftələrdə edilən açıqlamada, Rusiyada kapital çıxışının bu ilin yanvar-aprel dövründə 12,8 milyard dollar olduğu bildirilmişdi.