Rusiyanın neft şirkətləri razılığa gəldilər

Rusiyanın neft şirkətləri razılığa gəldilər | alkredit.az

Rusiya Prezidenti Vladimir Putin, Rusiyada fəaliyyət göstərən neft şirkətlərinin neft hasilatını artırmamaq məsələsində razılığa gəldiklərini deyib.

Rusiyanın neft şirkətləri rəhbərlərinin iştirakı ilə neft sektorunu inkişaf etdirmək məsələsinin müzakirə olunduğu iclasda çıxış etmiş Putin, razılaşma ilə yanaşı, neft bazarına sabitlik qazandıracaq daha radikal təkliflərin olduğunu da vurğulayıb.

Rusiya lideri açıqlamasında "Bildiyiniz kimi energetik naziri Aleksandr Novak və nazirlik mütəxəssisləri, qlobal enerji bazarında sabitlik yaradılması ilə bağlı məsələlər üzərində iş aparırlar. Tərəfdaşlarımızla, qlobal neft bazarının aparıcı aktyorları ilə məsləhətləşirlər. Bazara sabitlik qazandıracaq, təklif və tələbi tarazlaşdıracaq tədbirləri müzakirə edirlər",-  ifadələrini istifadə edib.

NEFT HASİLATINI DONDURMAQDA RAZILAŞMIŞDILAR

Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Venesuela fevral ayında Qətərin paytaxtı Dohada neft bazarına dair bir görüş keçirmişdi. Görüşdə tərəflər aylıq neft hasilatı həcminin 11 Yanvardakı səviyyədə dondurmaq məsələsində razılığa gəlmişdi. Rusiyanın enerrgetika naziri Aleksandr Novak isə dünyadakı ümumi neftin 75%-ini ixrac edən ölkələrin neft hasilatını sabitləşdirmək məsələsində razılaşdığını, bunun yetərli olduğunu ifadə edərək, ölkəsinin qlobal neft bazarındakı payını qorunacağını bildirmişdi.

mənbə:marja