Sığortaçılar Assosiasiyası böyüyəcək

Sığortaçılar Assosiasiyası böyüyəcək | alkredit.az

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatlandırılaraq böyüdülməsi hədəflənir.

Bu gün Assosiasiyanın sədri Orxan Bayramov jurnalistlər ilə keçirdiyi ənənəvi görüşündə bildirib ki, söhbət daxili böyümədən gedir.

“Bu ilin sonundan və ya gələn ilin əvvəlindən Assosiasiyanın böyüdülməsi işi ilə məşğul olacağıq. Söhbət daxili böyümədən gedir. Assosiasiyanın yeni şöbələri yaradılacaq və hər bir şöbə sahəvi istiqamətlər üzrə çalışacaqdır. Məsələn, şöblərdən biri texniki işlər ilə məşğul olacaq. Bu şöbə komitələrin toplantılarını təşkil edəcək. Digər bir şöbə maarifləndirmə ilə məşğul olacaq”,- o deyib.

"ŞİRKƏTLƏR MAARİFLƏNDİRMƏYƏ PUL AYIRMALIDIR"

Assosiasiyanın sədri qeyd edib ki, sığortada geniş maarifləndirmə işlərinin aparılması üçün birgə maliyyələşdirməyə ehtiyac var.

“Məsələn, müəyyən dövr üçün maarifləndirmə tədbirlərini əhatə edən plan hazırlanır. Bu plana aksiyalar, KİV-də reklamların aparılması və s. daxil ola bilər. Bu işlərin görülməsi üçün dövlət, sığorta şirkətləri və Assosiasiya birgə fond formalaşdırmalıdır”.

 

 

mənbə:marja