Sığorta 15 % ucuzlaşdı - YENİ İL KAMPANİYASI

Sığorta 15 % ucuzlaşdı - YENİ İL KAMPANİYASI | alkredit.az

“Rəvan Sığorta” yeni il kampaniyasına başlayıb. Şirkətdən fins.az-a bildirilib ki, bu gündən etibarən yanvar ayının 10-na kimi sığorta məhsulları 15 % endirimlə satılacaq. Endirimlər şirkətin müştərilərə təqdim etdiyi 17 sığorta məhsuluna, “Gold kasko” və “Luks kasko” istinsa olmaqla ekonom sığorta kampaniyalarına aid edilir.

Məsələn, azadolma məbləği 100 manat olan 10 min manatlıq avtomobilin kasko sığortası 350 manatdırsa, bunu endirimlə 298 manata əldə etmək olar. Bundan əlavə, 100 min manatlıq evin könüllü sığortası adi qaydada 250 manata başa gəlir. Kampaniya müddətində bu qiymətə olan evini sığortalayanlar 250 manat deyil, 212 manat ödəməli olacaq.

Yeni ildə avropaya səyahət düşünənlər isə səyahət sığortasını bir neçə dollar ucuz alacaqlar. Məsələn, Böyük Britaniyaya 1 həftəlik səyahət üçün 50 min manat təminatla sığorta 12 dollara başa gəlir. İndi səyahət sığortası alanlar isə 10 dollar ödəyərək sığortalana bilərlər.

 

mənbə:fins.az