Sığortada tortdan kim nə qədər pay alır?

Sığortada tortdan kim nə qədər pay alır? | alkredit.az

2015-ci ildə Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 442,9 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu, 2014-cü illə müqayisədə 3,2% çoxdur.

Ötən il sığorta şirkətlərinin ödənişləri isə 180,2 milyon manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən 14,7% çoxdur.

5 ŞİRKƏT BAZARIN 55%-NƏ NƏARƏT EDİR

Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub. Şirkət 64,8 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış “Paşa Həyat Sığorta”nın yığımları 54,5 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 43,5 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk 5-liyi “Azərsığorta” (41,4 milyon manat) və “Atəşgah Həyat Sığorta” (39,1 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 55%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 243 milyon manat) düşür.

5 ŞİRKƏT BAZARDAN 0,5% PAY ALIB

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (1 milyon manat) “Amrah Sığorta” (886 min manat), “Azərqarant” (300 min manat), “Qala Sığorta” (80 min manat) və “Günay Sığorta” (62 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2,3 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası 2014-cü ilin dekabrında dayandırılmış, 2015-ci ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 60 milyon manatdan çox, 1-də 50 milyon manatdan çox, 2 şirkətdə 40 milyon manatdan çox, 2 şirkətdə 30 milyon manatdan çox, 1 şirkətdə 20 milyon manatdan çox, 9 şirkətdə 10 milyon manatdan çox, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 1 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “PAŞA Sığorta” şirkətidir – 29,9 milyon manat. Sonrakı yerləri tutmuş “Atəşgah Həyat Sığorta”nın ödənişləri 18,2 milyon manat, “Qala Həyat Sığorta”nın ödənişləri isə 17,6 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “PAŞA Həyat Sığorta” (16,3 milyon manat) və “Azərsığorta” (13,2 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 98 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (183 min manat), “Günay Sığorta” (97 min manat), “Qala Sığorta” (53 min manat) və “Azərqarant” (3 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 336 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 milyon manatdan çox, 6-da 10 milyon manatdan çox, 4-də 5 milyon manatdan çox, 9-da 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 1 şirkətdə 100 min manatdan 500 min manata qədər, 3 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

2015-ci ildə sığorta haqqının ümumi bazardakı payına görə qeyri-həyat sığortası şirkətlərinin renkinqi:

Sığorta şirkətinin adı

Sığorta

haqqı

(manatla)

Bazar payı

2015

2014

1

“Paşa Sığorta” ASC

64 780 265,39

19,85%

15,64%

2

“Atəşgah Sığorta”  ASC

43 544 036,32

13,34%

10,89%

3

“Azərsığorta” DSKŞ

41 384 364,00

12,68%

12,84%

4

“AzSığorta” ASC

32 763 867,68

10,04%

11,34%

5

“Standard Insurance”  ASC

19 728 972,65

6,04%

5,41%

6

“AXA MBASK” ASC

18 316 136,72

5,61%

5,91%

7

“Mega Sığorta” ASC

17 623 969,24

5,40%

4,44%

8

“İpək Yolu Sığorta” ASC

17 554 682,10

5,38%

5,87%

9

“A-Qroup” ASC

12 603 446,69

3,86%

3,84%

10

“Beynəlxalq Sığorta Şirkəti” ASC

11 240 596,61

3,44%

5,28%

11

“AtaSığorta” ASC

10 466 922,48

3,21%

2,85%

12

“Xalq Sığorta” ASC

10 219 188,22

3,13%

3,45%

13

“Azərbaycan Sənaye Sığorta” ASC

10 073 570,83

3,09%

3,53%

14

“Qarant Sığorta” ASC

4 511 196,59

1,38%

2,01%

15

“Bakı Sığorta” ASC

2 422 090,55

0,74%

1,08%

16

“Alfa Sığorta” ASC

2 422 064,33

0,74%

1,43%

17

“Buta Sığorta” ASC

2 295 019,82

0,70%

1,61%

18

“Rəvan Sığorta” ASC

2 141 656,71

0,66%

1,00%

19

“Başak İnam” ASC

1 006 736,00

0,31%

0,84%

20

“Amrah Sığorta” ASC

886 209,46

0,27%

0,34%

21

“Azərqarant” ASC

299 949,24

0,09%

0,16%

22

“Günay Sığorta” ASC

80 339,50

0,02%

0,06%

23

“Qala Sığorta”  ASC

62 133,00

0,02%

0,05%

24

“Era Trans” ASC

0,00

0,00%

0,13%

Cəmi

326 427 414,13

100,00%

100,00%

2015-ci ildə sığorta haqqının ümumi bazardakı payına görə həyat sığortası şirkətlərinin renkinqi:

Sığorta şirkətinin adı

Sığorta

haqqı

(manatla)

Bazar payı

2015

2014

1

“Qala Həyat”  ASC

22 827 377,06

19,60%

23,96%

2

“Atəşgah Həyat” ASC

39 124 190,81

33,59%

36,13%

3

“Paşa Həyat” ASC

54 526 449,39

46,81%

39,91%

Cəmi

116 478 017,26

100,00%

100,00%

Mənbə: Fins.az, ASA