Səudiyyə Ərəbistanı digər neft istehsalçıları ilə əməkdaşlıq istəyir

Səudiyyə Ərəbistanı digər neft istehsalçıları ilə əməkdaşlıq istəyir | alkredit.az

Səudiyyə Ərəbistanının Əl Arabiya TV kanalımda çıxan bir xəbərə görə, Səudiyyə Ərəbistanı digər neft istehsalçıları ilə əməkdaşlıq istəyir. Məlumat adını verməyən bir rəsmi şəxsə istinadən verilib.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanın və Rusiyanın hasilatın azaldılmasını müzakirə edəcəklərinə dair məlumat yayılmışdı. Lakin məlumat dərhal təkzib edilmişdi.

Qeyd edək ki, neft bahalaşır. Ötən həftənin sonunda Brent neftinin qiyməti 35 dollara yaxınlaşıb.