Sahibi dəyişdikdən sonra ilk məhsulunu bazara çıxardıb

Sahibi dəyişdikdən sonra ilk məhsulunu bazara çıxardıb | alkredit.az

“Azər Türk Bank” yeni əmanət məhsulunu təqdim edib.

Ötən il ərzində səhmdarları və rəhbərliyi dəyişən “Azər-Türk Bank” bu dəyişikliklərdən sonra ilk dəfə bazara Silver” adlı yeni əmanət məhsulunu çıxardıb.

Bank “Silver” əmanətini 12 aya illik 5%, 24 aya illik 7%, 36 aya illik 8%-lə təklif edir. Məhsul üzrə mövcud reklam materiallarında faizlərdən çox bankın etibarlılığına diqqət yönəlir.