Sahibkarlara qarşı ədalətsizliklərə yol verən şəxslər cəzalandırılıb, heç kim toxunulmaz deyil

Sahibkarlara qarşı ədalətsizliklərə yol verən şəxslər cəzalandırılıb, heç kim toxunulmaz deyil | alkredit.az

“Son dövrlər sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktlar üzə çıxıb”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Bu hallara yol verən şəxslər mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırılıb. Heç kim toxunulmaz deyil",- Azərbaycan Prezidenti bildirib.

Prezident İlham Əliyev bildirib ki, yeni tikilən bütün məhkəmə komplekslərində elektron sistem qurulub. Məhkəmə sistemində qərəzli yanaşma yolverilməzdir, korrupsiyaya qarşı mübarizə aparılması əhəmiyyətlidir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək”.

mənbə:marja