Sberbank-dan İslam bankçılığı həmləsi

Sberbank-dan İslam bankçılığı həmləsi | alkredit.az

Rusiyanın ən böyük bankı Sberbank, payızda Tatarıstan muxtar bölgəsində İslam bankçılıq proqramına başlamağı planlaşdırır.

Sberbank-ın Sədr Müavini Maksim Poletaev etdiyi açıqlamada, Rusiyada İslam bankacılığına imkan verilməsi üçün qanunvericiliyi Rusiya Mərkəz Bankı ilə müzakirə etməkdə olduqlarını, bu çərçivədə bir pilot proqramına başlamağı planlaşdırdıqlarını deyib.

Rusiyada hazırda qanunlar İslam bankçılığı əməliyyatlarını qadağan edir. Ancaq Rusiya Maliyyə Nazirliyi, 2015-ci ilin sonunda etdiyi açıqlamada İslam bankçılığına icazə verilməsinin dəyərləndiridlyini ifadə etmişdi.