Sizin təhlükəsiz alış-veriş kartınız var?

Sizin  təhlükəsiz alış-veriş kartınız var? | alkredit.az

Bəyəndiyiniz məhsulu internet səhifəsindən sifariş etmək istəyirsiniz, amma fırıldaqçılıq halı ilə üzləşməkdən, sifarişinizin yanlış və ya zədəli gətirilməsindən qorxursunuz. Bu zaman heç bir tərəddüd etmədən, arxayınlıqla internetdən təhlükəsiz alış-veriş edə biləcəyiniz bir kartınızın olmasını arzulayırsınız. Elə isə Unibank-ın Visa kartı əsl sizin arzu etdiyiniz kartdır. Unibank-ın Visa kartı sizə internet üzərindən təhlükəsiz alış-veriş vəd edir.

Unibank-ın Visa kartının sıfır məsuliyyət siyasəti sayəsində isə siz  fırıldaqçılığa və yaxud  sizin kartınız və ya hesabınız haqqında məlumat vasitəsilə yerinə yetirilən təsdiq edilməmiş alış-verişlərə görə məsuliyyət daşımırsınız. Beləliklə, Siz kartın sanksiyalaşdırılmamış istifadəsindən müdafiə olunmasında əminliklə kartdan istifadə edə bilərsiniz.

Unibank-ın Visa kartının sahibləri üçün daim yeni aksiyalar keçirilir. Fevralın 3-dən başlayan və  2 ay davam edən “Visa ilə əminliklə ödəyin” promo-aksiyası isə facebook-da mükafat udmaq şansı verir. Belə ki  www.visa.com.az saytına daxil olub “donmuş-barmaq” testini keçən və facebook səhifəsində nəticəni paylaşan hər kəs – mouse (kompüter siçanı) qazana bilər. Kart sahibləri bu müddət ərzində saytdan Visa-nın ödənişləri qoruması və internetdə təhlükəsiz alış-veriş zəmanəti verməsi ilə bağlı ətraflı informasiya alacaqlar.

 

Unibank-ın Visa Platinum kart sahiblərinə də xoş xəbər var. Artıq bu ildən Visa Platinum kartlarındakı alış-veriş məbləğləri sığortalanır. Belə ki, il ərzində 20 000 USD məbləğinədək olan ödəniş məbləği 365 gün ərzində sığortalanır. 5000 USD alış-veriş məbləğlərinə isə 365 gün ərzində təminat verilir.