SOCAR-ın xam neft ixracında kəskin azalma

SOCAR-ın xam neft ixracında kəskin azalma | alkredit.az

Neft qiymətlərinin aşağı düşməsinin davam etdiyi bir vaxtda, SOCAR-ın ixracı azalır.

SOCAR 2015-ci ilin yanvar-oktyabr ayları ərzində 18 milyon 21 min 706 ton xam neft ixrac edib.

Ötən ilin anoloji dövrü ilə müqayisədə SOCAR-ın xam neft ixracı 12,7% azlıb. SOCAR ötən ilin 10 ayında 20 milyon 657 min 329 ton xam neft ixrac etmişdi.

Qeyd edək ki, SOCAR-ın xam neft hasilatı da azalır.

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 100 min 446 ton, Supsa limanından 2 milyon 372 min 131 ton, Ceyhan limanından isə 14 milyon 549 min 129 ton xam neft ixrac edilmişdir.

2014-cü ilin yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 847 min 352 ton, Supsa limanından 2 milyon 533 min 506 ton, Ceyhan limanından isə 17 milyon 276 min 471 ton xam neft ixrac edilmişdi.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

NOVOROSSİYSKDƏN İXRACI DAYANDIRIB

2015-ci ilin oktyabr ayında Supsa limanından 338 min 592 ton, Ceyhan limanından 1 milyon 440 min 540 ton xam neft ixrac etmişdir.Oktyabr ayında SOCAR tərəfindən Novorossiysk limanından xam neft ixrac edilməyib.

Oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,56 dollara, Urals nefti - 47,49 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 50,06 dollara satılmışdır.

mənbə:marja