Sumqayıt Texnologiyalar Parkı əmək yarmakasında iştirak edib.

Sumqayıt Texnologiyalar Parkı əmək yarmakasında iştirak edib. | alkredit.az

Ölkəmizin qeyri-neft sektorunun ən əsas istehsal sahələrindən biri olan Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Sumqayıt Dövlət Universitetində "Karyerada ilk addım" devizi altında keçirilən əmək yarmarkasında iştirak edib.

İş axtarışında olan universitetin tələbə və məzunlarına müxtəlif departamentlərində olan vakant yerlər barədə məlumat verilib və onların iş üçün müraciət anketləri qəbul olunub. Həmçinin müəssisədə təcrübə keçmək istəyənlərin istəkləri də qeydə alınıb.

STP artıq "Karyerada ilk addım" devizi altında keçirilən dörd əmək yarmarkasında aktiv iştirak edib.

Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan Sumqayıt Texnologiyalar Parkı, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Müəssisə işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.  Texnoparkda  mövcud olan bütün vakansiyalar rəsmi internet səhifəsində (www.stp.az) yerləşdirilir və namizədlər müvafiq qaydalara riayət etməklə iş üçün müraciət formalarını göndərə bilirlər.