Türk Hava Yollarından Azərbaycan üçün yeni qiymətlər

Türk Hava Yollarından Azərbaycan üçün yeni qiymətlər | alkredit.az

“Türk Hava Yolları” şirkəti Azərbaycandan təşkil etdiyi uçuşlarda yeni qiymətlər tətbiq edib. Şirkətdən verilən məlumata görə, söhbət Bakı, Gəncə və Naxçıvandan dünyanın müxtəlif şəhərlərinə həyata keçirilən uçuşlardan gedir.

Belə ki, hazırda Bakıdan ABŞ-ın Atlanta şəhərinə uçuşun qiyməti 754 avrodur. Gəncə-Atlanta reysi isə 741 avroya başa gəlir. Biletlər dekabrın 8-dən gələn il mayın 16-a qədər satılacaq. Uçuşlar isə gələn il mayın 16-dan avqustun 31-nə qədər həyata keçiriləcək.

Yeni qiymətlərə əsasən, “Türk Hava Yolları” ilə Gəncə-Brüssel reysi 338 avro, Gəncə-Herson reysi 306 avro, Gəncə-Lvov reysi üzrə 305 avro, Gəncə-Praqa reysi 331 avro, Gəncə-Riqa reysi isə 269 avroyadır. Gəncədən təşkil ulunan uçuşlara biletlərin satışı dekabrın 2-də başlayır və dekabrın 31-nə qədər davam edəcək. Uçuşlar isə dekabrın 2-dən martın 31-nə qədər həyata keçiriləcək.

“Türk Hava Yolları”nın Naxçıvandan həyata keçirdiyi uçuşlara gəlincə isə, Naxçıvan-Brüssel reysi 228 avro, Naxçıvan-Frankfurt reysi 262 avro, Naxçıvan-Lissabon reysi üzrə 244 avro, Naxçıvan-Praqa reysi üzrə 221 avro, Naxçıvan-Milan reysi 337 avro, Naxçıvan-Atlanta reysi isə 740 avroyadur.

Naxçıvandan təşkil olunan Atlanta reysinə biletlər dekabrın 6-dən gələn il mayın 16-na qədər satılacaq. Uçuşlar isə növbəti il mayın 16-dan avqustun 31-nə qədər davam edəcək. Naxçıvandan həyata keçirilən digər uçuşlara biletlər isə dekabrın 2-dən 31-nə qədər satılacaq. Uçuşlar isə dekabrın 2-dən martın 31-nə qədər təşkil olunacaq.

Qeyd edək ki, qiymətlər gediş-dönüş uçuşlara aiddir. Biletlərin qiymətinə bütün vergi və yığımlar daxildir və rezervasiya edildikdən sonra 3 gün müddətində alınmalıdır. Məntəqədə qalma müddəti minimum 2, maksimum 1 aydır.

Mənbə: Fins.az