Təqaüdçülərə özəl kredit

Təqaüdçülərə özəl kredit | alkredit.az

“Rabitəbank” ASC “Hər yaşın öz kredit var” şüarı altında təqaüdçülər üçün sürətli kreditlər təqdim edir.

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, indi təqaüdçülər Rabitəbank-dan daha böyük məbləğdə - 10.000 AZN-dək və güzəştli şərtlərlə 3 illik müddət ərzində kredit götürmək imkanına malikdilər.

Kreditin şərtlərinə əsasən son ödəniş tarixinə qədər yaşı 75 olan təqaüdçülər sadəcə şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənədi təqdim etməklə kredit əldə edə bilərlər.

Müştərilər təqaüdü təsdiq edən arayışı Elektron Hökümət xidməti vasitəsilə bankdan ayrılmadan yerindəcə elektron şəkildə əldə edə biləcəklər.

22 ildən artıq kiçik və orta sahibkarlığın əsas tərəfdaşı kimi ölkədə fəaliyyət göstərən “Rabitəbank” 2 şöbə və 22 filial şəbəkəsi vasitəsilə müxtəlif istiqamətlərdə həm fiziki, həm də hüquqi şəxslərə maliyyə xidmətlərini göstərməkdə davam edir.