Tanınmış iş adamından ƏDV açıqlaması

Tanınmış iş adamından ƏDV açıqlaması | alkredit.az

Əlavə dəyər vergisinin (ƏDV) diferensiallaşdırılması mütləq lazımdır.

Bunu “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal bildirib.

“ƏDV-nin tətbiqi tək faizlə ola bilməz. Qidanın və avtomobilin ƏDV-si fərqli olmalıdır. Biri bahalı avtomobil almaq istəyir, o yüksək ƏDV-ni ödəməlidir. Amma qida məhsullarının qiymətləri bütün büdcələrə təsir etdiyi üçün, belə məhsullara ƏDV aşağı olmalıdır “.

Abdollbari Goozal, “supermarket rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etməmişdən öncə, mən bütün problemləri ona yazmışdım” deyərək sözlərinə belə davam edib:

“Biz də supermarket rəhbərlərinin qaldırdıqları problemlər ilə həmfikirik. Qeyd edim ki, mən onlardan öncə nazirə yazmışdım. Mən məktub yazanda, sadəcə “Azərsun” üçün deyil, ölkənin mənfəəti üçün yazıram”.

Abdollbari Goozal qeyd edib ki, devalvasiyalardan sonra “Azərsun Holdinq” və “Bazarstore” zərər ilə işləyir: “Hələ də, zərərdən çıxmamışıq, amma zərər yüngülləşib. Gözləyirik ki, aktivlik artsın biz də mənfəətə çıxaq”.

mənbə:marja