Tikinti şirkətləri hələlik qiymətləri qaldırmayıblar

Tikinti şirkətləri hələlik qiymətləri qaldırmayıblar | alkredit.az

Bakı və Abşeronda mənzil tikintisi ilə məşğul olan şirkətlər manatın yeni məzənnəsindən sonra mənzillərin qiymətlərini artırmağa tələsmirlər.

Bakı və Xırdalanda mənzil tikintisi ilə məşğul olan “Kristal Abşeron” şirkəti bildirib ki, satışlar davam edir. Mənzilləri 10% ilkin ödəniş,  8% illik, 20 il müddətinə ipoteka ilə əldə etmək olar.

Xırdalan şəhərində binalar tikən Absheron City şirkəti də hələlik qiymətləri artırmayıb: “Hələlik bilinmir. Ümid edək ki, devalvasiyanın qiymətlərə təsiri olmayacaq” deyə şirkətdən bildirilib.

Ekspertlər manat ilə satılan mənzillərin qiymətinin artacağını proqnozlaşdırırlar. Həmçinin qeyd olunur ki, devalvasiya insanların alıcılıq qabiliyyətini aşağı saldığından mənzillərin satışı aşağı düşəcəkdir. Bir müddət sonra tələb azaldığından qiymətlər yenidən aşağı düşməyə başlayacaqdır.

mənbə:marja