TuranBank 2.2 milyon dollar borc aldı

TuranBank 2.2 milyon dollar borc aldı | alkredit.az

TuranBank və Guevoura Fund LTD arasında mikromaliyyə portfelini genişləndimək məqsədilə Frankfurt Maliyyə Xidmətləri Məktəbinin dəstəyi ilə 3 il müddətinə 2,2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır.

Sazişə əsasən, Guevoura Fund LTD nəzərdə tutulan öhdəliklərin və digər aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün öz səlahiyyətlərini GLS Alternative Investments şirkətinə ötürür və icraçı olaraq bu qurumu təyin edir.

Qeyd edək ki, bu saziş TuranBankın Guevoura Fondu ilə imzaladığı sayca ikinci sazişdir. Ötən ilin dekabr ayında Fond Bankın mikromaliyyə portfelini genişləndimək məqsədilə 3 il müddətinə 5 milyon ABŞ dolları həcmində maliyyə resursu ayırmışdır.

Fondun əsas fəaliyyət istiqaməti müştərilərə vəsaitlərin və investisiya fəaliyətinin idarə olunması kimi maliyyə xidmətləri göstərilməsi, eləcə də mikro maliyyə layihələrinin maliyyələşdirilməsidir.

mənbə:marja