TuranBank Azərbaycan Mikromaliyyə Assosiasiyasının keçirdiyi sorğunun qalibi olub

TuranBank Azərbaycan Mikromaliyyə Assosiasiyasının keçirdiyi sorğunun qalibi olub | alkredit.az

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) üzv təşkilatlar arasında kənd təsərrüfatı və regionların inkişafı sahəsində uğurlu fəaliyyəti ilə seçilən qurumu müəyyən etmək üçün keçirdiyi sorğunun nəticələrinə əsasən, TuranBank "Kənd təsərrüfatı və regionların inkişafı sahəsində qabaqcıl təcrübəyə malik təşkilat" nominasiyasının qalibi olub. Bank AMA-nın VIII İllik Təltif Şam Ziyafətində mükafatlandırılıb.

Bankdan AzərTAc-a bildiriblər ki, qalibi beynəlxalq maliyyə institutlarının, o cümlədən Dünya Bankı Qrupu və Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertlərinin yer aldığı münsiflər heyəti seçib. Qalib təşkilatın kənd təsərrüfatı və region ərazilərinin inkişafı strategiyası və siyasəti, kənd təsərrüfatı və region ərazilərinin inkişafı məhsulları, xidmətlərinin faydalılıq dərəcəsi, göstərilən məqsədlərə ayrılan kredit portfelinin həcmi, kreditlərin sayı, qadın sahibkarların portfeldə payı, təşkilatın kənd təsərrüfatı kreditləşməsi üzrə keçirdiyi təlimlər kimi meyarlar əsasında müəyyən olunub.



©azertag