“TuranBank” vergi xidməti işçiləri üçün kredit faizlərində 3 faiz endirim edib

TuranBank vergi xidməti işçiləri üçün kredit faizlərində 3 faiz endirim edib | alkredit.az

“TuranBank” vergi xidməti işçilərinin peşə bayramı münasibətilə fevralın 11-dən 13-dək onlar üçün bankın istehlak kreditlərinin illik faizlərində 3 faiz endirim edib.

Bankdan AzərTAc-a bildiriblər ki, göstərilən tarixlərdə “TuranBank”ın istənilən filialına müraciət etməklə endirimlərdən yararlanmaq olar. Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng vurmaqla əldə etmək olar.