Turkcell-dən Azercell-ə təsir edəcək yeni həmlə

Turkcell-dən Azercell-ə təsir edəcək yeni həmlə | alkredit.az

Turkcell 41.45 faizlik iştirakı payı olduğu Fintur-da, qalan səhmlərin hamısını digər tərəfdaş olan Teliasonera-dan satın almaq üçün bağlayıcı olmayan göstərici təklif (açıq təklif) verəcək.

Turkcell-dən verilən məlumata görə, Teliasonera-nın Fintur-da 58.55 faiz payı var.

Şirkətin digər bir açıqlamasında da, Turkcell qrupunun mövcud iştirak quruluşunun sadələşdirilərək daha səmərəli hala gətirilməsi və xərclərin azaldılması məqsədilə bağlı tərəfdaşların birləşdirilməsi qərarı verildiyi qeyd edilib. Belə ki, Hollandiyada yaradılmış Beltur Coöperatie-ın  yenə Hollandiyada qurulmuş Euroasia Telecommunications ilə; "Superonline İletişim Hizmetleri' də "Turkcell İnteraktif Dijital"ilə birləşdiriləcək.

Bir şirkətin (bir satınalma üçün) verdiyi bir təklif, o şirkətə qanuni bir məsuliyyət qoymursa, buna bağlayıcı olmayan təklif deyilir.

"Fintur" Qazaxıstan, Azərbaycan, Moldova və Gürcüstanda mobil operatorların səhmdarıdır. "Fintur" şirkətininin 41,45 faizi "Turkcell"ə, 58,55% isə "TeliaSonera"ya aiddir.

2015-2018 hədəflərini açıqlayan "Turkcell", "Fintur"a tam nəzarəti əla almaq istəyir.

Bir müddət əvvəl, "Turkcell", "Fintur"u tamamilə almaq üçün məsləhətçi seçməyə başladığını bildirmişidi. "Turkcell", "Fintur"dakı "TeliaSonera"nın payını alacaq. Bu şirkət Avrasya bazarından, o cümlədən Azrbaycandan çıxmaq barədə qərar verib.

"Azercell" şirkətinin səhmdarı Türkiyənin “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%). Bu şirkət Türkiyənin “Cenay” Şirkətlər qrupuna daxildir.

“Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings B.V”yə, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aiddir. “Fintur” dolayı yolla “Azercell”in səhmlərinin 51,3%-ni əlində tutur. “Fintur Holdings”in səhmlərinin 58,55%-i “TeliaSonera”ya, 41,45% “Türkcell”ə məxsusdur.

 

 

mənbə:marja