Uşaqlar arzularını yazır, şirkətlər isə onları sevindirir – Yeni sayt

Uşaqlar arzularını yazır, şirkətlər isə onları sevindirir – Yeni sayt | alkredit.az

Azərbaycanda, uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzularının həyata keçməsi üçün “ASAN Məktub” layihəsinə başlanılıb.

Layihə çərçivəsindəwww.asanmektub.azadlı İnternet səhifəsi yaradılıb. İnternet səhifəsində uşaqların arzuları yer alıb. Uşaqlara dəstək olamaq istəyən hüquqi və fiziki şəxslər sayta daxil olaraq məktublar üzrə uşaqlara yardım edə bilərlər. Məsələn, qrupuna televizor istəyən 12 yaşlı Şəfaqətin arzusu Hesab.az ödəmə portalının sahibi olan “QoldenPey” şirkəti tərəfindən təmin edilib.

“ASAN məktub” hər birimizə qayığıya və yardıma ehtiyacı olan uşaqları sevindirmək imkanı verir. GoldenPay olaraq həm istifadəçilərimizi, həm də digər şirkətləri bu layihədə iştirak etməyə dəvət edirik”.

Qısası, “ASAN Məktub” layihəsi xeyriyyəçilikdə vasitəçidir. Sosial statusundan, yaşından asılı olmayaraq bütün insanları mənəvi bir bağ ətrafında birləşdirən, “Sevinc paylaşdıqca çoxalır” prinsipinə əsaslanan “ASAN Məktub” layihəsi arzu və xəyalları gerçəkləşdirir.

 

mənbə:marja