Unibank- Biznes Mərkəzi 1 yaşında

 

Unibank- Biznes Mərkəzi  1 yaşında | alkredit.az

Unibank-ın biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialının “Unibank- Biznes Mərkəzi”nin 1 yaşı oldu. Ölkə bank filialları içərisində fərqli və özünəməxsus konsepsiya əsasında fəaliyyət göstərən   “Unibank- Biznes Mərkəzi”, 1 il ərzində  minlərlə müştəriyə bank xidməti göstərib.   Bir ildə nələrə nail olunub:

-          4 dəfəyə yaxın müştəri artımı;

-          60 milyon manata yaxın kredit portfeli;

-           Milyonlarla manat verilən kredit;

-          Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf  Bankı və Dünya Bankı ilə böyük biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində uğurlu  əməkdaşlıq;

-          Geniş  çeşidli bank xidmətləri;

-          İnnovativ bank məhsulları və müştərilərə individual yanaşma.

Filial korportiv müştərilərə hüquqi dəstəklə yanaşı, konsultasiya,  layihələrin maliyyə ekspertizası xidmətləri də göstərir. Ötən 1 il ərzində “Unibank- Biznes Mərkəzi”nin verdiyi ən kiçik kreditin həcmi 15 min AZN, ən böyük kreditin məbləği isə – 4.5 mln. USD olub.

“Unibank- Biznes Mərkəzi” kiçik və orta, həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir.

Real sektora diqqətini günü-gündən artıran Unibank, ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filiallar açıb. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar “Unibank- biznes mərkəzi” ilə yanaşı bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı”  filialları və  müraciət edə bilərlər.

 

www.unibank.az

www.facebook.com/unibank.az

https://twitter.com/unibank

 

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!