UNİBANK-dan 0% komissiya

Unibank.az və hesab.az  vasitəsi ilə Unibanka kredit ödənişləri zamanı heç bir komissiya tutulmayacaq. Unibank  müştərilərdən tutulan komissiya xərcini öz üzərinə götürüb. Qeyd edək ki, indiyədək MilliKart üzvü olmayan bank kartları ilə onlayn kredit ödənişləri zamanı  1.18%  əlavə komissiya tutulurdu.

Çoxdandır ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibankın cash-in ödəniş terminallarında və unibank.az saytında  vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilir.

Unibank  33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı.

 

http://www.unibank.az/az/about-bank/news/214/